Bank Of Baku

Suriya ordusu Hama vilayətində bir şəhəri terrorçulardan azad edib

Suriya ordusu Hama vilayətində bir şəhəri terrorçulardan azad edib
# 10 oktyabr 2015 00:40 (UTC +04:00)

Bakı-APA. Suriya hökumət qoşunları  Hama vilayətində Əl-Bahsa şəhərini terrorçulardan azad edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Suriya ordusunun nümayəndəsi Samir Süleyman bildirib.

 

Onun sözlərinə görə, üç gün əvvəl Rusiyaya məxsus hərbi təyyarələr terrorçuların şəhərdəki silah anbarına hava zərbələri endirib.

 

Qeyd edək ki, Əl-Bahsa Rusiya hərbi aviasiyasının yerləşdiyi Latakiya şəhərindən təxminən 100 km aralıda yerləşir. Avqustun əvvəlində şəhəri “Əl-Qaidə”nin qolu olan “Ən Nüsrə cəbhəsi” qruplaşmasının silahlıları ələ keçirmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR