Bank Of Baku

Tacikistan müdafiə nazirinin keçmiş müavininin 20 tərəfdarı həbs edilib

Tacikistan müdafiə nazirinin keçmiş müavininin 20 tərəfdarı həbs edilib
# 07 sentyabr 2015 21:48 (UTC +04:00)

Bakı-APA. Son sutka ərzində Tacikistan müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzodanın 20 tərəfdarı həbs edilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

 

Onun sözlərinə görə, Abdulhalim Nazarzodanın tərəfdarlarından xeyli silah müsadirə edilib.

 

“Tək son sutka ərzində 15 Kalaşnikov avtomatı, 6 tapança, 1 qumbaraatan, 1 snayper tüfəng, çox sayda patron götürülüb”, deyə mənbə bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Abdulhalim Nazarzoda ölkədə baş verən silahlı hücumlarda əlinin olmadığı barədə bəyanat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR