Bakı. Məlahət Nəcəfova-APA. Türkiyə Silahlı Qüvvələri pilotsuz təyyarə vurub. APA-nın “Milliyət”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargah idarəsinin açıqlamasında deyilir. Bildirilir ki, milliyyəti bilinməyən uçuş aparatı Türkiyə təyyarələri tərəfindən döyüş qaydalarına uyğun olaraq vurulub: “Türkiyə döyüş təyyarələri Suriya sərhədində uçan və hansı ölkəyə aid olduğu bilinməyən pilotsuz təyyarəni 3 dəfə xəbərdarlıqdan sonra döyüş qaydaları çərçivəsində vuraraq yerə endirib”.
Hadisə Türkiyə vaxtı ilə saat 12:30-da Kilis şəhərinin Deliosman Köyü yaxınlığında baş verib. Bölgəyə çoxsaylı hərbçi cəlb edilib, araşdırma aparılır.