Bank Of Baku

XİN: İsrail HAMAS-la heç bir danışıqlara getmir

XİN: İsrail HAMAS-la heç bir danışıqlara getmir
# 12 oktyabr 2023 21:44 (UTC +04:00)

İsrail HAMAS-la heç bir danışıqlara getmir.

APA xəbər verir ki, bu barədə İsrail XİN-in sözçüsü Lior Haiat xarici media üçün təşkil olunan onlayn konfransında deyib.

Türkiyəli jurnalistin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə HAMAS-la mümkün danışıqların olması ilə bağlı sualı cavablandırarkən XİN sözçüsü deyib ki, onun ölkəsi hazırda radikal təşkilatla danışıqlara getmir:

"Biz hazırda ölkəmizə girməyə çalışan, vətəndaşlarımızı hədəf alan terrorçularla mübarizə aprarırıq. Heç bir danışıqlar və vasitəçilikdən söhbət getmir", - deyə İsrail rəsmisi deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR