Bank Of Baku

XİN rəhbəri: Türkiyə fələstinlilərin Qəzzadan Misirə köçə məcbur edilməsinə qarşıdır

XİN rəhbəri: Türkiyə fələstinlilərin Qəzzadan Misirə köçə məcbur edilməsinə qarşıdır
# 14 oktyabr 2023 18:23 (UTC +04:00)

Türkiyə fələstinlilərin Qəzza zolağından Misirə köçə məcbur edilməsinə qarşıdır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə misirli həmkarı Semih Şükri ilə birgə mətbuat konfransında bildirib.

Türkiyəli nazir, eskalasiyanın mümkün genişlənməsindən narahatlığını ifadə edib.

Hakan Fidan, İsrail-Fələstin münaqişəsinin "iki dövlətli həll yolu"nu dəstəklədiklərini vurğulayıb və əlavə edib ki, bu əsasda sülh danışıqları başlamalıdır.

O, Türkiyənin Qəzzaya yardım göndərməyə davam edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR