Sakit okeanda 5,7 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri Yaponiya sahillərində, Tateyama yaşayış məntəqəsindən 241 km cənubda, onun ocağı isə 80 km dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində dağıntılar və tələfat barədə hər hansı məlumat verilməyib.