Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri husilərin nəzarətində olan paytaxt Sənaya hava zərbələri endirib.
APA “Al Jazeera”ya istinadən xəbər verir ki, Yəməndə döyüşlərin intensivləşməsi nəticəsində mülki əhali arasında köçkünlərin sayı artmaqda davam edir. Hökumət qüvvələrinin son hücumları husilərin nəzarətindəki hərbi hədəflərə yönəlib.
Yəməndə hökumət qüvvələri ilə husilər arasında döyüşlər son həftələrdə yenidən şiddətlənib. Qarşıdurmalar minlərlə insanın təhlükəsiz ərazilərə köçməsinə səbəb olub.