Yəmənin Ədən şəhərində hərbi parada hücum edilib.
APA “Aljazeera”ya istinadən xəbər verir ki, qiyamçı Husilər qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Husilər hərbi parada raket və dronla zərbə endiridiklərini bəyan ediblər. Hadisə nəticəsində 17 nəfər ölüb.
Ədən şəhərində polis məntəqəsinin yaxınlığında törədilən daha bir partlayışda isə 3 polis əməkdaşı həyatını itirib.
Qeyd edək ki, Ədən şəhəri beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətinin mərkəzi hesab edilir.