Azərbaycanın ədalətli idman adamları müəyyənləşdi
19 dekabr 2008 16:51 (UTC +04:00)
Bakı – APA. Bu gün Milli Olimpiya Komitəsində (MOK) 2008-ci ildə ədalətli oyun prinsiplərinə riayət edən bir qrup idman xadimi müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ədalətli oyun prinsiplərinə sadiq qalan bədən tərbiyəsi və idman xadimi nominasiyası üzrə qalib olub.
Boks Federasiyasının prezidenti Ağacan Abıyev ən ədalətli hakim, cüdo yığmasının baş məşqçisi Ağayar Axundzadə ən ədalətli məşqçi, Pekin Olimpiadasının gümüş mükafatçısı, Avropa çempionu Rövşən Bayramov isə ən ədalətli idmançı seçilib.
Qeyd edək ki, Azərbaycan Ədalətli Oyunlar Komitəsinin prezidenti Xəzər İsayevdir.

Atletika
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku keçirilir
10:04
3 may 2024
Azərbaycanlı “üçlük” gümüş medal qazandı
19:45
21 aprel 2024
Azərbaycan yığması Bakıda keçirilən Dünya kubokunda növbəti medalı qazanıb
18:17
21 aprel 2024
Azərbaycanlı gimnast Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib
19:22
20 aprel 2024