Sabah ağır atletika üzrə Azərbaycan çempionatı start götürəcək
07 yanvar 2009 10:20 (UTC +04:00)
Bakı – APA. Sabah start götürəcək ağır atletika üzrə Azərbaycan çempionatında 13 regionun təmsilçiləri mübarizə aparacaqlar. Bu haqda apasport.az saytına Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
Bakı İdman Sarayında keçiriləcək yarışa Lənkəran, Cəlilabad, Sumqayıt, Qax, İsmayıllı və digər şəhər və rayonların 100-ə yaxın atleti qatılacaq. Çempionatda milli komandanın üzvlərindən yalnız zədəli Nizami Paşayev iştirak etməyəcək.
Maraqlıdır ki, ölkə birinciliyinin açılış mərasimi yarışın sonuncu gününə, yanvarın 9-u saat 17:00-a təyin olunub. Turnirdə fərqlənən ağırlıqqaldıranlar apreldə Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatına aparılacaqlar.

Atletika
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku keçirilir
10:04
3 may 2024
Azərbaycanlı “üçlük” gümüş medal qazandı
19:45
21 aprel 2024
Azərbaycan yığması Bakıda keçirilən Dünya kubokunda növbəti medalı qazanıb
18:17
21 aprel 2024
Azərbaycanlı gimnast Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib
19:22
20 aprel 2024