Sabah Bakıda Avropa çempionatının püşkü atılacaq
20 fevral 2009 13:37 (UTC +04:00)
Bakı – APA. Bakıda təşkil olunacaq bədii gimnastika üzrə Avropa çempionatının püşkü sabah atılacaq. Apasport.az saytının məlumatına görə, püşkatma mərasimi paytaxtın “Excelsior” otelində olacaq. Tədbirə Avropa Gimnastika İttifaqının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvləri və Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri qatılacaqlar.
Qitə birinciliyində gimnastların və qrup komandalarının çıxış nömrələri məhz püşk sayəsində müəyyənləşəcək. Çempionat isə 15-17 may aralığında Bakıda keçiriləcək.
Qitə birinciliyində gimnastların və qrup komandalarının çıxış nömrələri məhz püşk sayəsində müəyyənləşəcək. Çempionat isə 15-17 may aralığında Bakıda keçiriləcək.
Atletika
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb - FOTO - YENİLƏNİB
11:42
5 may 2024
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku keçirilir
10:04
3 may 2024
Azərbaycanlı “üçlük” gümüş medal qazandı
19:45
21 aprel 2024
Azərbaycan yığması Bakıda keçirilən Dünya kubokunda növbəti medalı qazanıb
18:17
21 aprel 2024