Bank Of Baku

Azərbaycan çempionatına rekord sayda qılıncoynadan qatılıb

Azərbaycan çempionatına rekord sayda qılıncoynadan qatılıb
# 16 mart 2009 15:16 (UTC +04:00)
Bakı – APA. Bu gün gənclər arasında qılıncoynatma üzrə Azərbaycan çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Qılıncoynatma Federasiyasının zalında keçirilən yarışa 4 klubun idmançıları qatılıblar.

Budəfəki çempionat iştirakçıların sayı baxımından rekord vurub. Belə ki, birincilikdə əvvəlkilərdən daha çox - 80 qılıncoynadan mübarizə aparır.

İki gün davam edəcək yarışın yekunlarına əsasən, gənclərdən ibarət milli komandanın heyəti formalaşacaq. Yığmamız apreldə Şimali İrlandiyada təşkil olunacaq dünya çempionatında qüvvəsini sınayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR