Bank Of Baku

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında gümüş medal qazanıb
# 07 aprel 2009 08:08 (UTC +04:00)
Azərbaycan ağırlıqqaldıranı Zülfüqar Süleymanov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında uğur qazanıb. Apasport.az saytının məlumatına görə, 62 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı həmyerlimiz gümüş medala layiq görülüb.

O, birdən qaldırmada 125 kq, təkanla isə 160 kq-ın öhdəsindən gəlib. Yekunda Zülfüqar 285 kq-lıq göstərici ilə ikinci yeri tutub. O, yalnız türkiyəli Erol Bilgindən (293 kq) geri qalıb.

Qeyd edək ki, Süleymanov qitə birinciliyində mübarizəyə qoşulan ilk atletimiz idi. Bu gün Əfqan Bayramov və Sərdar Həsənov (hər ikisi 69 kq) qüvvələrini sınayacaqlar. Namiq Cəmilov (77 kq) sabah, İntiqam Zairov (85 kq) aprelin 9-da, Rövşən Fətullayevla Əlibəy Səmədov (hər ikisi 94 kq) isə aprelin 10-da çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR