Bank Of Baku

Nizami Paşayev milli komandaya baş məşqçi təyin olunub

Nizami Paşayev milli komandaya baş məşqçi təyin olunub
# 13 aprel 2009 13:49 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın ən titullu ağırlıqqaldıranı, ikiqat dünya çempionu Nizami Paşayev məşqçilik fəaliyyətinə başlayıb. Bu haqda apasport.az saytına Azərbaycan gənclər və idman nazirinin müavini, Ağır Atletika Federasiyasının baş katibi İsmayıl İsmayılov məlumat verib. Onun sözlərinə görə, Paşayev yeniyetmələrdən ibarət yığmaya məşqçi təyin olunub.

“Nazirliyin tapşırığı ilə Nizami Paşayev yeniyetmələrdən ibarət milli komandada məşqçi vəzifəsində çalışacaq. O, çox təcrübəli, istedadlı, ali təhsilli idmançıdır. Bu addımı Paşayevin məşqçi kimi püxtələşməsi və biliyini yeniyetmə atletlərə öyrətməsi üçün atmışıq” - deyə Paşayev vurğulayıb.

İsmayılov onu da bildirib ki, Nizaminin məşqçi fəaliyyətinə başlaması onun idmançı karyerasını bitirməsi anlamına gəlmir: “O, bundan sonra da 94 kq çəki dərəcəsində çıxışını davam etdirəcək. Paşayev payızda keçiriləcək dünya çempionatında qüvvəsini sınayacaq”.

Qeyd edək ki, yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Mamed Hüseynovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR