Bank Of Baku

Gəncədə məktəb yaşlı idmançıların spartakiadası başlayıb

Gəncədə məktəb yaşlı idmançıların spartakiadası başlayıb
# 15 aprel 2009 12:12 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA Gəncə şəhərində məktəb yaşlı idmançıların 5-ci spartakiadasına start verilib. APA-nın qərb bürosunun məlumatına görə, spartakiadanın rəsmi açılış mərasimi Gəncə şəhərindəki “Spartak” stadionunda düzənlənib. Spartakiada Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyinin birgə sərəncamına əsasən təşkil edilib. Spartakiadanın ilk mərhələsində yarışlar bölgələrdə gedib. Zona yarışmaları sayca ikinci mərhələyə aiddir. Bu mərhələdə qərb bölgələrindən Gəncənin, o cümlədən ətraf bölgələrin - Ağstafa, Qazax, Gədəbəy, Tovuz, Şəmkir, Daşkəsən, Göygöl, Samux və Goranboyun futbol, voleybol, basketbol, həndbol, yunan-roma güləşi, yüngül atletika olmaqla 6 idman növü üzrə yığma uşaq komandaları öz aralarından ən güclülərini müəyyən edəcəklər. Yarışların baş hakimi Gəncə Şəhər Təhsil İdarəsinin metodisti Vaqif Rəhimovdur. Bu gün futbol, voleybol, basketbol və həndbol komandaları ilk görüşlərini keçirəcəklər. Yüngül atletika və yunan-roma güləşı üzrə görüşlərə isə sabahdan başlanacaq. Yarışlar aprelin 26-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR