Bank Of Baku

Qılıncoynatma üzrə Bakı birinciliyi başa çatdı

Qılıncoynatma üzrə Bakı birinciliyi başa çatdı
# 20 aprel 2009 07:50 (UTC +04:00)
Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkil etdiyi gənc oğlan və qızlar arasında Bakı birinciliyinə yekun vurulub. AQF-nin baş katibi Ramin Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, yarışın son günündə paytaxtın ən güclü sablyaçıları müəyyənləşib.
Belə ki, oğlanlarda çempion adını Azər Tağıyev qazanıb. O, finalda Yusif Budaqovu üstələyib. Vüqar Ağakişiyevlə Murad Əliyev isə bürünc medallara layiq görülüblər.
Qızların yarışında isə daha maraqlı anlar yaşanıb. Həlledici görüşdə Sevil və Sevinc Bünyatova bacıları qarşılaşıblar. Sevinc qələbə qazanaraq, çempion olub. Üçüncü pillədə Aysel Mirzəyeva və Yekaterina İvanova qərarlaşıblar.
Qeyd edək ki, şpaqa növündə Etibar Namazov qızıl, Tehran Rəsulov gümüş, Vəkil Nəsibovla Nəcəf Məhərrəmov isə bürünc medallara sahib çıxıblar. Şpaqaçı qızlar arasında isə ilk “üçlüy”ü müvafiq olaraq, Elmira Xudaverdiyeva, Nigar Abbasova, Samirə Hüseynova və Anastasiya İvanova tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR