Bank Of Baku

Böyük Qafqaz dağlarındakı “Heydər zirvəsi”nə yürüş olub

Böyük Qafqaz dağlarındakı “Heydər zirvəsi”nə yürüş olub
# 09 may 2009 11:08 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiya qrupu Heydər Əliyevin anadan olmasının 86 illiyi ilə əlaqədar Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə yürüşə başlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, yürüşə federasiyasının fəalları ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də qoşulub. Ekspedisiya qrupunun mayın 7-də Bakıdan başlanan yürüşü mayın 8-də “Heydər zirvəsi”nin yerləşdiyi Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib, günün sonunda yürüş iştirakçıları çətin keçidləri olan zirvəyə çatılmasına hazırlıq üçün həmin ərazidə düşərgə qurublar.

Ekspedisiya üzvləri Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə bu gün günün birinci yarısında qalxaraq Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR