Bank Of Baku

Avropa Gimnastika İttifaqının prezidenti bu gün Bakıya gəlir

Avropa Gimnastika İttifaqının prezidenti bu gün Bakıya gəlir
# 13 may 2009 10:51 (UTC +04:00)
Bakı – APA. Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Dimitrios Dimitropoulos bu gün Bakıya gəlir. Bu haqda apasport.az saytına Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibi Şahin Kazımzadə məlumat verib. Onun bildirdiyinə görə, Dimitropoulos mayın 15-dən 17-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək bədii gimnastika üzrə 25-ci Avropa çempionatını izləyəcək.

Bundan öncə isə UEG rəhbəri jurnalistlərin önünə çıxacaq. Belə ki, Dimitropoulos sabah AGF-nin vitse-prezidenti Altay Həsənov, baş katib Fərid Qayıbovla birgə mətbuat konfransı keçirəcək. Tədbir zamanı, həmçinin UEG-lə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında müqavilə imzalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR