Bank Of Baku

Türkiyə milli komandasının üzvü güllələndi

Türkiyə milli komandasının üzvü güllələndi
# 15 may 2009 11:43 (UTC +04:00)
Bakı – APA. Türkiyə Tokat valisində faciəvi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, bu ölkənin milli güləş yığmasının üzvü Mustafa Gürsoy qətlə yetirilib. Onu tapança ilə güllələyiblər.

1973-cü ildə Ərzurumda doğulmuş Gürsoy uzun müddət Türkiyənin milli güləş üzrə komandasının şərəfini qoruyub. O, bir sıra nüfuzlu yarışlarda yığmanı təmsil edib. Son vaxtlar isə Mustafa kikboksinqlə məşğul olurmuş. Hətta tanınmış idmançı bəzi kikboksinq turnirlərində şərhçi kimi də fəaliyyət göstərib.

Bədbəxt hadisə Tokatda yaşanıb. Mustafanın F.D. adlı şəxslə qeyri-müəyyən səbəbdən gecə saatlarında sözləri çəp gəlib. Tərəflər arasında mübahisə qızışıb və gözlənilmədən F.D. cibindən tapança çıxararaq, güləşçiyə bir güllə vurub. Gürsoyu maşınla dərhal xəstəxanaya aparıblar. Lakin o, aldığı güllə yarasından yolda keçinib. Onun dostu Nazim İ. də güllələnməyinə baxmayaraq, sağ qalıb.

Hadisə yerindən qaçan F.D. ilə dostu E.S. Amasyada yaxalanıb. Şübhəli şəxs qismində daha iki nəfər saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR