Bank Of Baku

Azərbaycan qılıncoynadanları Gürcüstanda 5 medal qazandılar

Azərbaycan qılıncoynadanları Gürcüstanda 5 medal qazandılar
# 16 may 2009 11:00 (UTC +04:00)
Bakı – APA. Yeniyetmə qılıncoynadanlardan ibarət Azərbaycan milli komandası Gürcüstanın Kutaisi şəhərində keçirilmiş beynəlxalq turnirdə uğurla çıxış edib. Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, idmançılarımız yarışda 5 medal qazanıblar.

Belə ki, oğlanların mübarizəsində sablya növündə Murad Əliyev gümüş, Azər Tağıyev isə bürünc medala sahib çıxıb. Şpaqa silahı ilə yarışda da oğlan qılıncoynadanlarımız fəxri kürsüyə yüksəliblər. Kənan Əliyev və Fərid Məmmədov 3-cü pillədə qərarlaşıb.

Xanım həmyerlilərimizdən isə Ella Xudaverdiyeva (şpaqa) fərqlənib. Ella bürünc medala yiyələnib. Sablya növündə qüvvəsini sınayan hər 3 təmsilçimiz isə mükafatçılar sırasının bir addımlığında qalıb. İlk dəfə beynəlxalq yarışa qatılan Yekaterina Proxorova və Dilarə Quliyeva, eləcə də Aysel Mirzəyeva son anda medalsız qalıblar. Onlar müvafiq olaraq, 6-cı, 7-ci və 8-ci yeri tutublar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR