Bank Of Baku

Azərbaycan qılıncoynadanı Avropa çempionatında 59 idmançı arasında 55-ci yeri tutub

Azərbaycan qılıncoynadanı Avropa çempionatında 59 idmançı arasında 55-ci yeri tutub
# 15 iyul 2009 08:22 (UTC +04:00)
Bakı – APA. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan qılıncoynatma üzrə Avropa çempionatının startı Azərbaycan yığması üçün uğursuz olub. Apasport.az saytının məlumatına görə, yarışa qatılan 4 idmançımızdan 2-si artıq çıxışını başa vurub.

Sablya növündə qüvvəsini sınayan Ramin Əmirov və Azər Tağıyev uğursuzluqla üzləşiblər. Hər iki “muşketyor”umuz mübarizəni ilkin mərhələdə dayandırıb. 24 yaşlı Ramin 47-ci pillədə qalıb. 16 yaşlı Azər isə 59 iştirakçı arasında 55-ci yeri tutub. Qızıl medala rusiyalı Venyamin Reşetnikov layiq görülüb.

Qalan iki həmyerlimiz Sabina Mikina (sablya) və Vəkil Nəsibov (şpaqa) sabah bacarığını nümayiş etdirəcək. Qitə birinciliyi iyulun 19-da yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR