Bank Of Baku

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası Afrikadakı Uhuru zirvəsinə yola düşüb

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası Afrikadakı Uhuru zirvəsinə yola düşüb
# 17 avqust 2009 08:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi birinci Azərbaycan-Afrika ekspedisiyası Tanzaniyanın Aruşa şəhərindən Kilimancaro dağının Uhuru zirvəsinə yola düşüb.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, “Azərbaycan, yeni zirvələrə doğru İlhamla irəli” şüarı altında həyata keçirilən yürüş elmi, siyasi, idman və rəmzi əhəmiyyət daşıyır.

Yürüş iştirakçıları Afrikanın ən hündür dağ massivi olan Kilimancaronun hündürlüyü 5895 metr olan Uhuru zirvəsinə kimi irəliləyəcəklər. Bu, dünyanın ən yüksək yeddi zirvəsindən biridir. Ekspedisiyanın tərkibində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də iştirak edirlər.

Qeyd edək ki, bu, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkil etdiyi ikinci uzaq məsafəli yürüşdür. Bundan əvvəl federasiyanın prezidenti H. Bağırovun başçılıq etdiyi ekspedisiya Antarktidaya yürüş etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR