Bank Of Baku

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası üçün Bakı-Sumqayıt yolunun yaxınlığında yeni bazanın tikintisinə başlanılıb

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası üçün Bakı-Sumqayıt yolunun yaxınlığında yeni bazanın tikintisinə başlanılıb
# 21 avqust 2009 10:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası üçün Bakı-Sumqayıt yolunun yaxınlığında yeni bazanın tikintisinə başlanılıb. APA-nın məlumatına görə, bu barədə Federasiyanın prezidenti Hüseyn Bağırov məlumat verib. Onun sözlərinə görə, geniş ərazini əhatə edən bazada idmançıların məşq etməsi üçün bütün şərait yaradılacaq. O, həmçinin, Xəzər dənizini sahilində sualtı idman növü ilə məşğul olmaq üçün analoji bazanın tikilməsinin nəzərdə tutulduğunu qeyd edib.

H. Bağırov federasiyanın beynəlxalq yarışlarda iştirak etmək istədiyini, bunun üçün dağ motosiklet marşrutunun hazırlandığını və idmançıların bu marşrutda məşq edəcəyini vurğulayıb. H. Bağırov hazırda federasiyanın 300-ə qədər idmançısının olduğunu da deyib: “Amma onları hazırlaşdırmaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR