Bank Of Baku

Hindistanda keçirilən dünya çempionatında 2 azərbaycanlı 3 medal qazanıb

Hindistanda keçirilən dünya çempionatında 2 azərbaycanlı 3 medal qazanıb
# 30 noyabr 2009 09:59 (UTC +04:00)
Bakı – APA. Hindistanın Banqalor şəhərində keçirilən fiziki qüsurlular arasında atletika üzrə dünya çempionatına yekun vurulub. Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışa qatılan 2 idmançımız 3 medal qazanıb.

Uzunluğa tullanmada gümüş medala yiyələnən Hüseyn Həsənov sonra daha bir dəfə fəxri kürsüyə yüksəlib. O, üçtəkanla tullanma növündə 13.32 metr nəticə göstərərək, birinci yeri tutub. Oluxan Musayev isə yadro itələmə yarışında qızıl medal əldə edib. Beləliklə, 2 nəfərdən ibarət komandamız 2 qızıl və 1 gümüş medala sahib çıxıb. Paralimpiyaçılarımız dekabrın 3-də Vətənə dönəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR