Bank Of Baku

Gələn il Azərbaycanda MDB ölkələri paraşütçülərinin yarışı keçiriləcək

Gələn il Azərbaycanda MDB ölkələri paraşütçülərinin yarışı keçiriləcək
# 12 dekabr 2009 04:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Gələn ilin may ayında Azərbaycanda MDB ölkələri paraşütçülərinin yarışı keçiriləcək. Bu barədə APA-ya Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının (KHVTİC) sədri polkovnik Novruzəli Orucov məlumat verib.

Birincilik sabiq prezident Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunacaq. N.Orucovun sözlərinə görə, ilk belə yarış 2009-cu ilin may ayında keçirilib.

Qeyd edək ki, hazırda KHVTİC-in paraşütçü kurslarında 20 nəfər iştirak edir. Kurs iştirakçıları tullanmada əsasən «Unior», D15U, D1B6 və «Malva 24» markalı paraşütlərdən istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR