Bank Of Baku

Lənkəranda yeniyetmələrin ağır atletika üzrə Azərbaycan birinciliyi keçirilir

Lənkəranda yeniyetmələrin ağır atletika üzrə  Azərbaycan birinciliyi keçirilir
# 06 mart 2010 15:15 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərində ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib. APA-nın cənub bürosunun Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə istinadən verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyi ilə Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlara paytaxt Bakı da daxil olmaqla, bölgələrdən 16 komanda, ümumilikdə isə 100-ə yaxın idmançı qatılıb. Səkkiz çəki dərəcəsi üzrə keçirilən birincilikdə 50 kiloqramdan 94 kiloqram çəkiyədək idmançılar qüvvəsini sınayır. Artıq 50, 56 və 62 çəkili idmançılar arasında ölkə çempionları müəyyənləşib. 50 kq çəki dətəcəsində Azərbaycan rekordunu təzələyən Lənkəran idmançısı Paşa İbrahimov iki hərəkətin cəmində 168 kq nəticə ilə birinci olub. 56 kiloqramlıq çəkidə birinci yerə yenə də Lənkəran idmançısı çıxıb. Bu çəki dərəcəsində Elxan Əliquluzadə 193 kq nəticə ilə fəxri kürsünün yüksək pilləsinə qalxıb. Goranboy rayonunun təmsilçisi Firudun Quliyev də 62 kq çəki dərəcəsində birinci yeri qazanıb.
Qaliblər təşkilat komitəsinin kuboku, xatirə hədiyyələri və diplomları ilə təltif olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR