Bank Of Baku

Azərbaycan qılıncoynadanı Avropa çempionatında 15-ci yeri tutub

Azərbaycan qılıncoynadanı Avropa çempionatında 15-ci yeri tutub
# 11 mart 2010 08:27 (UTC +04:00)
Bakı – APA. Yunanıstanın paytaxtı Afinada yeniyetmələr arasında qılıncoynatma üzrə Avropa çempionatı keçirilib. Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, yarışda həmvətənlərimiz də iştirak ediblər.

Sablya növündə qüvvəsini sınayan Azər Tağıyev 70-ə yaxın idmançı arasında 15-ci yeri tutub. Digər təmsilçimiz Kənan Əliyev isə şpaqa növündə mübarizə aparıb. O, 110 nəfərin qatıldığı çempionatda 45-ci pillədə qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR