Bank Of Baku

Azərbaycan dövlət başçısı Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanovu qəbul edib

Azərbaycan dövlət başçısı Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanovu qəbul edib
# 02 aprel 2010 14:25 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev aprelin 2-də Beynəlxalq Qılıncoynatma Federasiyasının (BQF) prezidenti Alişer Usmanovu qəbul edib. APA-nın məlumatına görə, A. Usmanov qeyd edib ki, bu idman növü üzrə yaxşı ənənələrə malik olan Azərbaycanda dövlət səviyyəsində göstərilən qayğının nəticəsində idmançılarımız yeni uğurlar qazanacaqlar.

Öz növbəsində, dövlət başçısı qılıncoynatma üzrə gənclər və yeniyetmələr arasında dünya çempionatının ölkəmizdə keçirilməsinin əhəmiyyətinə toxunaraq, BQF-in və onun prezidentinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycanda ümumilikdə idmanın və onun ayrı-ayrı növlərinin uğurla inkişaf etdiyini vurğulayan prezident bu cür tədbirlərin keçirilməsinin Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığının daha da genişlənməsi və ölkəmizdə qılıncoynatma idman növünün sürətlə inkişafı işinə təkan verəcəyinə əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR