Bank Of Baku

Azərbaycan gimnastı Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan gimnastı Avropa çempionatında gümüş medal qazanıb
# 19 aprel 2010 09:48 (UTC +04:00)
Bakı – APA. Bədii gimnastika üzrə Almaniyanın Bremen şəhərində keçirilən Avropa çempionatında Azərbaycan daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, ikinci medalı komandamıza yeniyetmələr arasında mübarizə aparan Lalə Yusifova qazandırıb. O, ayrı-ayrı hərəkətlərin finalında topla ikinci yeri tutaraq, gümüş medala sahib çıxıb.

Qrup hərəkətləri üzrə yeniyetmələrdən ibarət komandamız da əvvəlki nəticəsini yaxşılaşdırıb. 2 il əvvəl qitənin 14-cü komandası olan yığmamız bu dəfə çempionatı 5-ci yerdə başa vurub.

Böyüklərin mübarizəsində qüvvəsini sınayan millimiz çoxnövçülükdə 8-ci, ayrı-ayrı növlərdə 5-ci (3 lent/2 ip) və 7-ci (5 halqa) olub.

Jalə Qaratova finala yüksəlsə də, ilk “altılıq”da yer ala bilmədiyi üçün Sinqapur 2010-a lisenziya qazana bilməyib.

Xatırladaq ki, Lalə Yusifovadan əvvəl böyüklərin çoxnövçülük yarışlarında Aliyə Qarayeva fəxri kürsünün üçüncü pilləsinə yüksəlmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR