Bank Of Baku

Azərbaycanda ilk dəfə qayaya dırmanma üzrə Beynəlxalq Dağ Festivalının keçirilməsi planlaşdırılır

Azərbaycanda ilk dəfə qayaya dırmanma üzrə Beynəlxalq Dağ Festivalının keçirilməsi planlaşdırılır
# 23 aprel 2010 10:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. İyul ayında Azərbaycanda ilk dəfə qayaya dırmanma üzrə Beynəlxalq Dağ Festivalının keçirilməsi planlaşdırılır. APA-nın məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseynqulu Bağırov məlumat verib.

Federasiya rəhbəri deyib ki, Azərbaycanda qayaya dırmanma yarışlarına 106 idmançı qoşulub. Bu idmançıların iştirakı ilə keçirilən «Ümid» yarışlarında 25 nəfərdən artıq idmançı dərəcə alıb: «May ayının sonlarında festivala hazırlıq öncəsi Azərbaycan çempionatı keçiriləcək. Bunun ardınca iyul ayında keçiriləcək festivala 4-5 ölkədən də idmançılar iştirak edəcək».

Ekstremal idman növlərinin populyarlaşdırılması istiqamətində işlərin aparıldığını deyən H. Bağırovun sözlərinə görə, artıq son 1 ildə ekstremal idman növləri ilə bağlı 18 klub yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR