Bank Of Baku

Rusiyalı ikiqat olimpiya çempionu avtomobil qəzasında dünyasını dəyişib

Rusiyalı ikiqat olimpiya çempionu avtomobil qəzasında dünyasını dəyişib
# 23 aprel 2010 12:48 (UTC +04:00)
Bakı – APA. Bədii gimnastika üzrə ilk ikiqat olimpiya çempionu Natalya Lavrova dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı idmançının əyləşdiyi VAZ-2114 markalı avtomobil Rusiyanın Penza şəhərində qəzaya uğrayıb. Natalya kimi, sükan arxasında olan bacısı da aldığı zərbələr nəticəsində hadisə yerindəcə keçinib.

Qeyd edək ki, Lavrova 2000-ci ildə Afinada, 4 il sonra Sidneydə qrup hərəkətlərində Rusiya yığmasının heyətində olimpiya çempionu olub. Buna nail olan ilk bədii gimnast kimi tarixə düşən Lavrova son vaxtlar Rusiya yığmasında və olimpiya hazırlığı məktəbində məşqçi kimi çalışırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR