Bank Of Baku

KHVTİC sədri general-mayor Novruzəli Orucov: “Son üç ildə Balakən Aviasiya Mərkəzində 500-dən artıq paraşütçü hazırlamışıq”

KHVTİC sədri general-mayor Novruzəli Orucov: “Son üç ildə Balakən Aviasiya Mərkəzində 500-dən artıq paraşütçü hazırlamışıq”
# 01 may 2010 08:33 (UTC +04:00)
APA-nın məlumatına görə, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurası (KHVTİC) tərəfindən təşkil olunmuş yarışda MDB-yə üzv dövlətlərin müvafiq qurumlarının nümayəndələri iştirak edir.

Tədbir iştirakçıları öncə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. KHVTİC-in sədri, general-mayor Novruzəli Orucov APA-ya açıqlamasında bildirib ki, cəmiyyətin Balakən Aviasiya Mərkəzində 4 gün davam edəcək paraşütdən dəqiq tullanma üzrə beynəlxalq yarışa Azərbaycanla yanaşı Rusiya, Belarus, Qazaxıstan, Tacikstan və Ukraynanın orduya, donanmaya və aviasiyaya könüllü yardım cəmiyyətlərindən paraşütçülər qatılıb.

General N. Orucov Azərbaycanda son illər KHVTİC tərəfindən paraşüt yarışlarının təşkili və bu sahəyə diqqətin artırılması nəticəsində idmanın bu növünə marağın artdığını da vurğulayıb: «Balakən Aviasiya Mərkəzini 2007-ci ildə açmaşıq. O vaxtdan indiyədək – 3 il ərzində 500-dən artıq paraşütçü hazırlamışıq. Bu isə öz növbəsində bir paraşütçü desant taboru deməkdir».
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR