Bank Of Baku

Azərbaycanda Avropa Şurası idman nazirlərinin iclası keçiriləcək

Azərbaycanda Avropa Şurası idman nazirlərinin iclası keçiriləcək
# 05 may 2010 08:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu il sentyabrın 21-22-də Bakıda Avropa Şurası idman nazirlərinin toplantısının keçirilməsi nəzərdə tutulur. Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıya hazırlıqla bağlı mayın 4-də Avropa Şurasında müzakirələr başlayıb. Müzakirələrdə Azərbaycanı Gənclər və İdman Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətəv təmsil edir. Toplantıda, əsasən gündəliyin müəyyənləşdirilməsi, mövzular, dəvət olunacaq qonaqların dəqiqləşdirilməsi kimi məsələlər müzakirə olunur. Toplantı 6 may tarixinədək davam edəcək.

Qeyd edək ki, Avropa Şurası İdman Nazirlərinin 2008-ci ildə Afinada keçirilmiş toplantısında növbəti konfransın Bakıda keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR