Bank Of Baku

Şirvanda bodibildinq üzrə Azərbaycan çempionatı keçirilib

Şirvanda bodibildinq üzrə Azərbaycan çempionatı keçirilib
# 12 may 2010 08:47 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Şirvanda bodibildinq üzrə Azərbaycan çempionatı keçirilib.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Bodibildinq Federasiyasının prezidenti Rauf Bünyadəliyev məlumat verib. Onun sözlərinə görə, yarışda Şəki, Gəncə, Naxçıvan və Bakı şəhərlərindən iki kateqoriya üzrə idmançılar mübarizə aparıblar.

Çəkisi 80 kq olan idmançıların yarışında I yeri Yalçın Məmmədov («Bakı Best cem» klubu) tutub. İkinci və üçüncü yerlər də onun komanda yoldaşları - Teymur Aslanov və Əmir Qarabağlıya qismət olub.

+80 kq-dan yuxarı çəki dərəcəsində qızıl medala «Bakı Best cem» klubun üzvü Vüqar Verdiyev layiq görülüb. Gümüş medalı Raqif Bayramov, bürünc medalı isə Fərhad Quliyev qazanıb. Bu çəkidə çempion adını qazanan Vüqar Verdiyev, həmçinin yenidən bodibildinq üzrə Azərbaycan çempionatının mütləq çempionu tituluna sahib olub.

İdmançılarımızdan Teymur Aslanov mayın 15-16-da Niderlandda keçiriləcək klassik bodibildinq üzrə Avropa çempionatında iştirak edəcək. Daha dörd nəfər - Teymur Aslanov, Fərhad Quliyev, Yalçın Məmmədov və Vüqar Verdiyev isə Zaqafqaziya çempionatında mübarizə aparmaq üçün Gürcüstana yola düşəcəklər.

Qeyd edək ki, Azərbaycan Bodibildinq Federasiyası çempionata informasiya dəstəyi verdiyi üçün “APA-Sport” İnformasiya Agentliyini xüsusi diplomla təltif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR