Bank Of Baku

51 yaşlı azərbaycanlı pəhləvan Avropa çempionu oldu

51 yaşlı azərbaycanlı pəhləvan Avropa çempionu oldu
# 20 may 2010 12:54 (UTC +04:00)
Bakı – APA. Avstriyanın Linç şəhərində usta ağır atletlər arasında keçirilən Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, 33 ölkədən 641 idmançının mübarizə apardığı yarışın ilk günü Azərbaycan komandası üçün uğurlu olub.

Belə ki, 7 veteran atletlə təmsil olunduğumuz çempionatda 56 kq çəki dərəcəsində podiuma çıxan Akif Alıyev (50-54 yaş qrupunda) qızıl medala layiq görülüb. 51 yaşlı idmançımız 176 kq (81 kq + 95 kq=176 kq) çəkini başı üzərinə qaldırıb.

Qeyd edək ki, digər 6 usta idmançılarımız mayın 22-də mübarizəyə qoşulacaqlar. Bu atletlər arasında yığma karyerasını az öncə başa vuran Asif Məlikov (69 kq) da yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR