Bank Of Baku

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu oldu

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu oldu
# 21 may 2010 07:44 (UTC +04:00)
Bakı – APA. İspaniyanın Valensiya şəhərində gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, baş məşqçi Nizami Paşayevin rəhbərliyi altında uğurlu çıxış edən idmançılarımız daha bir medala sahib çıxıblar.

69 kq çəki dərəcəsində ölkəmizin şərəfini qoruyan Nicat Rəhimov 290 kq (131 kq +159 kq) qaldıraraq, Avropa çempionu adına layiq görülüb. O, həmçinin təkanla kiçik qızıl və birdən qaldırmada kiçik gümüş medala da sahib olub.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Məhəmməd Seyidovun 2 kiçik və 1 böyük gümüş, ikinci günündə Firudin Quliyev 1 kiçik qızıl, 1 kiçik gümüşlə və 1 böyük gümüş medal qazanıblar.

Komandamızın heyətində ağır çəkili idmançılar - Nailxan Nəbiyev (85 kq) və Ağazaman Əliyev (+94) isə bu gün və sabah podiuma çıxacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR