Bank Of Baku

“Azərbaycan-Avropa velosiped yürüşü”nün iştirakçıları Mingəçevirə çatıblar

“Azərbaycan-Avropa velosiped yürüşü”nün iştirakçıları Mingəçevirə çatıblar
# 04 sentyabr 2010 14:21 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov - APA. Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Bakı-Gəncə marşrutu üzrə hərəkət edən “Azərbaycan-Avropa velosiped yürüşü”nün iştirakçıları sentyabrın 4-də Mingəçevir şəhərinə çatıblar.

APA-nın Şirvan bürosunun məlumatına görə, aksiya iştirakçıları Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Kompleksinin inşası ilə tanış olublar, Mingəçevir Su Anbarının sahilindəki çimərlikdə istirahət ediblər.

Kür çayının sahilindəki “Riverside” və “Səməni” hotellərində dincələn 50 nəfərlik nümayəndə heyəti sentyabrın 5-də Gəncəyə yola düşəcək. 14 ölkədən 32 velosipedçinin, eləcə də yerli və xarici ekoloqların, diplomatların təmsil olunduğu velosiped yürüşü sentyabrın 6-da Gəncədə başa çatacaq.

Qeyd edək ki, “Ekologiya ili” çərçivəsində ölkədə ətraf mühitin qorunması, enerji, ərzaq təhlükəsizliyi, sağlam həyat tərzi, ekoloji maarifləndirmə ideyalarının və velosiped idmanının təbliği məqsədilə təşkil edilən veloyürüşün iştirakçıları avqustun 28-də Bakıdan yola düşüblər və bu günədək Şamaxı, İsmayıllı, Qəbələ, Göyçay və Mingəçevir marşrutu üzrə 300 kilometr yol qət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR