Bank Of Baku

Azərbaycan Güləş Federasiyası yeni məşqçilər korpusu yaradacaq

Azərbaycan Güləş Federasiyası yeni məşqçilər korpusu yaradacaq
# 14 sentyabr 2010 12:16 (UTC +04:00)
Bakı - APA-Sport. “Bəzi çəkilərdə problemlərimiz var. Bu da yığmamızın təmsil olunmadığı ağır çəkilərdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov deyib.

Bu gün Moskvada keçirilən dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında Cəfərov bildirib ki, ağır çəkilərdə yerli güləşçilərin olmaması ilə bağlı problemi aradan qaldırmaq üçün yeni məşqçilər korpusu yaradılacaq: “Yığmamızda ağır çəkili güləşçilərlə bağlı müəyyən müddətdir problemlər var. Bunu aradan qaldırmaq üçün yeni məşqçilər korpusu yaradacağıq. Ağır çəkili pəhləvanların hazırlanmasında məhz bu çalışdırıcılar cavabdehlik daşıyacaqlar. Məşqçi isə əcnəbi deyil, yerli olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR