Azərbaycanın tanınmış idmançılarından kimlər seçkiyə qatılır? – SORĞU
Sərbəst güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev parlament seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirib.
Stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftahətdinova hazırda növbəti yarışlara hazırlaşdığını deyib: “Ona görə də namizədliyimi irəli sürmək fikrim yoxdur. Bu barədə bəlkə də gələcəkdə fikirləşmək olar”.
Yunan-Roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurovun fikrincə, deputat olmaq istəyən şəxs özündə xalqın problemlərini həll etmək gücünü hiss etməli və təbliğat üçün maddi imkanlara sahib olmalıdır: “Bundan əlavə, vaxtın da çox olmalıdır. Mənim isə elə də vaxtım yoxdur. Çünki yığmanın məşqçisiyəm və hələ ki, özümü deputat kimi deyil, çalışdırıcı kimi görürəm. Arzular isə bitmir. Gələcəkdə belə bir şey ola bilər”.
Cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli də noyabrın 7-də keçiriləcək seçkilərdə namizəd kimi iştirak etməyəcək: “Məsləhət görsələr, bunu edərəm. Amma namizədliyimi verəcəyimlə bağlı məlumatlar şayiədir”.
Şahmat üzrə beynəlxalq qrossmeyster, sabiq deputat Aynur Sofiyeva hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışır: “Burada mənə etimad göstərilib və bu məni qane edir. Çox şadam ki, maraqlı və məsuliyyətli bir işi həyata keçirirəm. Ona görə də bu seçkilərdə namizəd kimi iştirak etməyəcəyəm”.
Hazırda millət vəkili olan Azərbaycan Karate Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev yenidən seçkilərə qatılmaqla bağlı yekun qərara gəlmədiyini söyləyib: “Bu barədə 1 həftəyə, daha dəqiqi, sentyabrın 27-nə kimi qərar verəcəyəm. Qərarım müsbət olsa, yenə də hansısa partiyanın təmsilçisi kimi deyil, bitərəf şəxs kimi namizədliyimi irəli sürəcəyəm. Amma bu 100%-li deyil. Çünki bəzi planlarım var”.
Ağırlıqqaldırma üzrə dünya çempionu Nizami Paşayev də bu seçkilərdə namizədliyimi verməyi planlaşdırmır: “Hələ ki idmançı karyeramı davam etdirdiyimdən, daha çox buna vaxt ayırıram. Amma növbəti seçkilərdə namizəd ola bilərəm. Lakin buna əvvəlcədən hazır olmalısan və sonra belə bir addım atmalısan”.
Güllə atıcılığı üzrə Olimpiadanın bürünc mükafatçısı İradə Aşumova hesab edir ki, deputat xalq üçün yaşamalıdır: “Bu yükün altına girmək böyük məsuliyyət tələb edir. Əgər bunu bacarmayacaqsansa, o ayaqqabıya ayaq salmağa dəyməz. Mən daha çox idmana vaxt ayırdığımdan, dəqiq deyə bilmərəm ki, hər deputat öz vədlərini nə dərəcədə yerinə yetirib. Çünki bu vəzifəyə seçildikdən sonra şəxsi maşınlarla gəzib, yeni obyektlər açmağı fikirləşməməlisən. Burada qayda-qanuna riayət etməli və sənə olunan hər bir müraciəti yerindəcə həll etməlisən”.
Sambo üzrə dünya çempionu, cüdo üzrə hərbçilər arasında Olimpiya çempionu Zülfiyə Hüseynova isə parlament seçkilərinə qatılmaqla bağlı qərarını qətiləşdirməyib: “İnşallah, belə bir planım var. Niyə də olmasın? Sadəcə, həftə sonuna kimi bu qərarımı qətiləşdirəcəyəm. Əgər namizədliyimi verməsəm, bu, maddi durumla bağlı olacaq. Amma dostlar bunu yoluna qoya bilər. Yəqin namizədliyimi öz rayonumuzdan - 10 yaşına kimi böyüdüyüm Beyləqandan verəcəyəm. Buraya gedib-gəlmək, təbliğat üçün imkanım olarsa, heç bir problem olmayacaq. Bunların hamısı şərtdir və birbaşa maddi durumla bağlıdır. Amma bu dəfə də olmasa, gələcəkdə namizədliyimi irəli sürəcəyəm. Vətənimin hər bölgəsini sevirəm. Bunun nəticəsidir ki, növbəti seçkilərdə namizədliyimi digər şəhərlərdən də verə bilərəm. Şuşadan da çoxlu dost-tanış var. Ola bilər ki, buradan namizədliyimi irəli sürəm. Gömrük sahəsində işləsəm də, səsi idmançı kimi qazanacağıma inanıram. Çünki mən idmandan tanınmışam”.
Cüdo üzrə Olimpiadanın bürünc mükafatçısı Mövlud Mirəliyev növbəti seçkilərdə namizəd olacağını istisna etmir: “Niyə də xalqıma kömək etmək istəməyim? Amma bu dəfə namizədliyimi irəli sürmək planım yoxdur. Hələ idmanla vidalaşmadığımdan, bu sahəyə böyük vaxt ayıra bilməyəcəyimdən ehtiyatlanıram. Çünki qarşıda bizi London Olimpiya Oyunları gözləyir. Buraya lisenziya qazanmaq istədiyimdən, hələlik namizədliyimi irəli sürmək fikrində deyiləm”.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının açıqladığı deputatlığa namizədlər siyahısında AFFA-nın prezidenti Rövnəq Abdullayevin (24 saylı Nizami birinci seçki dairəsi), AFFA-nın vitse-prezidenti Rauf Əliyevin (13 saylı Xəzər birinci seçki dairəsi) və Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyevin (32 saylı Suraxanı üçüncü seçki dairəsi) də adları var. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev isə namizədliyini hazırda deputatı olduğu 20 saylı Nərimanov ikinci seçki dairəsindən müstəqil şəkildə irəli sürəcək.
Xəbər Lenti
Ucarda 16 yaşlı qız dəm qazından boğularaq ölüb
Zelenski: Ukraynanı ərazilərindən imtina etməyə məcbur etmək cəhdləri böyük səhvdir
Bakının Suraxanı və Sabunçu rayonlarının bir neçə küçəsində təmir işləri aparılacaq
Ağstafada zəncirvari qəza olub, xəsarət alanlar var
Samuxda qadın qadını bıçaqlayıb
Hacıqabulda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib
Paşinyan: Rusiya hərbi bazası bizə lazım deyil
Bakıda polis vətəndaşlara qarşı əxlaqsız hərəkətlər edən şəxsi saxlayıb - FOTO
Salyan sakini naməlum şəraitdə bıçaqlanıb
"Fənərbaxça" "Ərzurumspor"un qapısından üç cavabsız top keçirib
"Arsenal" - "Mançester Siti" qarşılaşması heç-heçə bitib
Misirdə yanacaqdaşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb
Liviya Ukraynaya etiraz olaraq Kiyevdəki səfirini geri çağırıb
Əraqçi: İranın ABŞ-la danışıqlara dair iki günlük planı hələ də qüvvədədir
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub
Türkiyənin Rizə vilayətinə düşən PUA-nın Ukraynaya məxsus olduğu müəyyən edilib - YENİLƏNİB
Eyzenkot və Netanyahu razılığa gələ bilməyib, İsraildə azlıq hökuməti qurula bilər
Heydər Əliyev prospektində qəza olub, hər iki istiqamətdə sıxlıq yaranıb - FOTO
Casusluqda şübhəli sayılan 3 iranlı diplomat Bosniya və Herseqovinadan çıxarılıb
Rusiya MN: Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmi PUA ilə vurulub
Kobaxidze: Azərbaycanla dostluq Gürcüstana qazla bağlı mühüm razılaşmalar əldə etməyə imkan verib
Yağış yağacaq, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
Azərbaycan ilə Peru arasında konsulluq məsləhətləşmələri aparılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Təhsil eksperti: DİM-in Elm və Təhsil Nazirliyinin tərkibinə keçməsi faydalı ola bilər
Somali dəniz quldurları Ədən körfəzində ələ keçirdikləri gəmini azad edib
“Der Spiegel”: Berlin Baltik dənizindəki hücumlara görə Ukraynaya hərbi yardımı dayandırmaqla hədələyib
Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb
Göygöldə minik maşını ağaca çırpılıb, xəsarət alan var - FOTO
Norveçin “Norse Atlantic” aviaşirkəti fəaliyyətini dayandırır
Səudiyyə Ərəbistanı Ədən şəhərini “qırmızı xətt” elan edib, husilərlə sülhün şərtini açıqlayıb
Ağcabədidə bəy evi olmuş keçmiş məktəb binasında yanğın baş verib - YENİLƏNİB - FOTO
İsveçrədə silah ixracı qaydalarının yumşaldılması ilə bağlı referendum keçirilir
İsveç şirkəti Ukraynaya yarım milyard avroluq radar sistemləri tədarük edəcək
Dövlət Komissiyası Beynəlxalq Konfransın iştirakçılarının Qarabağa səfərinə dair paylaşım edib
Siyazəndə su kanalına düşən azyaşlının durumu açıqlanıb - YENİLƏNİB-1
Sabah intensiv yağış yağacaq
İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir - YENİLƏNİB
Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib
İran Ordusu: Hörmüz boğazında tanker minaya düşüb
Şəmkir, Lerik və Yevlaxda duman müşahidə olunur - FAKTİKİ HAVA
İran HDQ komandanı: Hörmüz boğazı bağlı qalacaq
Myanmada toy keçirilən evə hava zərbəsi endirilib, 17 nəfər ölüb
Husilərin Ər-Riyada doğru atdığı ballistik raket vurulub
Mayk Lav vəfat edib