Bank Of Baku

Daha bir atletimiz dünya çempionatında medal qazanmaq şansını itirdi

Daha bir atletimiz dünya çempionatında medal qazanmaq şansını itirdi
# 23 sentyabr 2010 12:22 (UTC +04:00)
Bakı - APA-Sport. Ağırlıqqaldırma üzrə Türkiyədə keçirilən dünya çempionatında yığmamızın üzvü Nailxan Nəbiyev mükafatçılar sırasına düşə bilməyib. Apasport.az saytının məlumatına görə, Antalyada təşkil edilən böyüklər arasında mundialda debüt edən 16 yaşlı atletimiz C qrupunda mübarizə apararaq, iki hərəkətin cəmində 338 kq çəkinin öhdəsindən gəlib.

Birdən qaldırma yarışlarında 152 kq, təkanla qaldırmada isə 186 kq çəkini ram edən Nəbiyev bu göstərici ilə qrupda 5-ci yeri tutub. Onun yekunda qərarlaşacağı pillə isə A və B qruplarının nəticəsindən sonra müəyyənləşəcək.

Qeyd edək ki, atletimiz dünya çempionatı ərəfəsində çəkisini dəyişib və 85 kq çəki dərəcəsində mübarizə aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR