Bank Of Baku

Beynəlxalq Hərbi İdman Şurasının rəhbəri: “Bakı toplantısında dörd illik fəaliyyət planı qəbul olunacaq”

Beynəlxalq Hərbi İdman Şurasının rəhbəri: “Bakı toplantısında dörd illik fəaliyyət planı qəbul olunacaq”
# 25 oktyabr 2010 09:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Beynəlxalq Hərbi İdman Şurası müharibədən əziyyət çəkmiş ölkələrdə insanların reabilitasiyası üçün tədbirlər həyata keçirə bilər”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Hərbi İdman Şurasının Bakı konfransı çərçivəsində Azərbaycanda səfərdə olan Beynəlxalq Hərbi İdman Şurasının rəhbəri, Türkiyə Silahlı Qüvvələrinin polkovniki Məsut Cerit deyib. M. Cerit bildirib ki, təmsil etdiyi təşkilat keçmiş Yuqoslaviya ərazisində baş vermiş müharibələrdən sonrakı dövrdə insanların, cəmiyyətlərin inteqrasiyası və reabilitasiyası məqsədilə silsilə idman yarışları keçirib.

M. Cerit Bakıda 2 gün davam edəcək toplantıda qurumun 4 illik fəaliyyət planının qəbul olunacağını söyləyib: “Konfransda dörd il ərzində şuranın keçirəcəyi dünya, Avropa və regional çempionatların təqvimi müəyyənləşəcək”.

M. Cerit Azərbaycanın 1995-ci ildən Avropa Hərbi İdman Şurasının üzvü olduğunu və bu qurumun fəal üzvlərindən birinə çevrildiyini vurğulayıb: “Şuranın Bakı konfransının keçirilməsi də Azərbaycanın bu fəallığının bariz nümunəsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR