Bank Of Baku

Azərbaycanın gənclər və idman naziri Meksikada səfərdə olub

Azərbaycanın gənclər və idman naziri Meksikada səfərdə olub
# 26 oktyabr 2010 09:26 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 19-25-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Meksikanın Akapulko şəhərində keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının XVII Assambleyasında iştirak etmək üçün Meksikada səfərdə olublar. Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində əsasən Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunları, 2012 və 2016-cı illərdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilati məsələləri, o cümlədən cari ildə Sinqapurda keçirilmiş Gənclərin Yay Olimpiya Oyunlarına dair hesabat dinlənilib və 2018-ci ildə keçiriləcək növbəti Qış Olimpiya Oyunlarının təşkilati məsələləri, irəli sürülmüş namizədliklər (Almaniya – Münhen, Fransa – Ansi, Pheçhan – Cənubi Koreya) nəzərdən keçirilib.

Azərbaycanın gənclər və idman naziri A. Rəhimov Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Jak Roq, Olimpiya Oyunlarının direktoru Cilbert Felli, Meksikanın Bədən Tərbiyəsi və İdman Komitəsinin baş direktoru Bernardo de La Garza, Əlcəzair və Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman nazirləri ilə ikitərəfli görüşlər keçirib. Assambleya çərçivəsində Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovun təşəbbüsü ilə MDB və Baltik ölkələrinin milli olimpiya komitələri rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR