Bank Of Baku

Azərbaycan gimnastı Qran-Pri turnirində bürünc medal qazanıb

Azərbaycan gimnastı Qran-Pri turnirində bürünc medal qazanıb
# 01 noyabr 2010 08:58 (UTC +04:00)
Bakı – APA. Almaniyanın paytaxtı Berlində keçirilən bədii gimnastika üzrə Qran-Pri turnirinin VIII mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın idman şərəfini Aliyə Qarayeva və Anna Qurbanova qoruyublar.

Qarayeva turniri bürünc medalla başa vurub. O, topla hərəkətlərin icrasında 27,900 xal toplayaraq Yevgeniya Kanayeva (Rusiya, 29,650) və Darya Dmitriyevadan (Rusiya, 29,350) sonra 3-cü pillədə qərarlaşıb.

Yarışın qızıl medalları Rusiya gimnastlarına qismət olub. Onlar Qran-Prini 5 qızıl, 4 gümüş və 1 bürünc medalla başa vurublar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR