Bank Of Baku

Azərbaycan gimnastları İtaliya çempionatında mübarizə aparacaqlar

Azərbaycan gimnastları İtaliya çempionatında mübarizə aparacaqlar
# 02 noyabr 2010 09:34 (UTC +04:00)
Bakı – APA. Almaniyanın paytaxtı Berlində Qran-pri turnirini başa vuran gimnastlarımız İtaliyaya yola düşüblər. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, Aliyə Qarayeva və Anna Qurbanova Apennin yarımadasına bu ölkənin klub çempionatında iştirak etmək üçün gediblər. Aresto şəhərciyində təşkil ediləcək yarışın II turunda Qurbanova A1 seriyasında "Komense", Qarayeva isə A2 seriyasında "Ritmika" komandasının şərəfini qoruyacaq.

Qeyd edək ki, çempionat noyabrın 6-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR