Bank Of Baku

Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə qızıl medallar qazanıblar

Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə qızıl medallar qazanıblar
# 15 noyabr 2010 14:49 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən “Mingəçevir reqatası-2010” beynəlxalq turnirində kayak və kanoe qayıqlarında avarçəkənlər öz çıxışlarını başa vurublar. APA-nın yerli bürosunun məlumatına görə, yarışda 56 kişi və 8 qadın idmançı iştiak edib. Onlardan 44-ü Azərbaycanın, 11-i Gürcüstanın, 4-ü Rusiya, 4-ü Ukraynanın, biri İranın idman şərəfini qoruyub. Avarçəkənlər 200, 500 və 1000 metr məsafəyə yürüşlərdə qüvvələrini sınayıblar. Qadınların kayak yarışları istisna olmaqla, digər yürüşlərdə qızıl medallara Azərbaycan təmsilçiləri yiyələniblər.
Hal-hazırda “Kür” Olimpiya Tədris İdman Mərkəzində akademik avarçəkənlərin yarışı davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR