Bank Of Baku

Nazir: “Azərbaycanın hər bir rayonunda yeni idman mərkəzləri yaradılacaq”

Nazir: “Azərbaycanın hər bir rayonunda yeni idman mərkəzləri yaradılacaq”
# 18 noyabr 2010 14:02 (UTC +04:00)
Xaçmaz. Könül Abdullayeva – APA. Bu gün gənclər və idman naziri Azad Rəhimovun iştirakı ilə Xaçmaz İdman Kompleksinin təməlatma mərasimi keçirilib. APA-nın şimal bürosunun məlumatına görə, tikinti üçün Xaçmaz şəhərində altı hektar torpaq sahəsi ayrılıb. Kompleksin əsas binası iki mərtəbəli inzibati hissədən, min nəfər tamaşaçı yeri olan idman zalından, həmçinin, güləş və trenajor zallarından və s. otaqlardan ibarət olacaq. Kompleksdə 200 nəfər tamaşaçı yeri olan üzgüçülük zalı, futbol stadionu və idman meydançaları yaradılacaq. Mərasimdə çıxış edən A. Rəhimov bildirib ki, bugünədək respublikada 28 olimpiya idman kompleksi tikilərək istifadəyə verilib. Hazırda ölkənin ayrı-ayrı regionlarında 11 idman kompleksi tikilməkdədir.
A. Rəhimov APA-nın şimal bürosuna bildirib ki, yaxın müddət ərzində Azərbaycanın hər bir rayonunda yeni idman mərkəzləri yaradılacaq: ”Şimal rayonlarında milli idman növlərinə böyük maraq var. Ona görə də biz çalışacağıq ki, bu bölgənin idmançıları, gəncləri üçün hər cür şərait yaradılsın”.
Xaçmaz İdman Kompleksinin tikinti işləri tenderə əsasən “Azəryolservis” ASC-nin 69 saylı Yol İstismar Müəssisəsi tərəfindən həyata keçirilək. Mərasimdə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR