Bank Of Baku

Azərbaycanla İspaniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanacaq

Azərbaycanla İspaniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanacaq
# 24 noyabr 2010 08:04 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı İspaniya Ali İdman Şurası və Azərbaycan GİN arasında əlaqələrin müzakirə edilməsi və idman sahəsində əməkdaşlığa dair Memorandumun imzalanması nəzərdə tutulur. Səfər 26 noyabr tarixinədək davam edəcək.

Daha sonra A. Rəhimov noyabrın 26-da Frankfurtda başlayacaq Dünya Azərbaycanlı Gənclərinin I Konqresində iştirak etmək üçün Almaniyaya yollanacaq. Qeyd edək ki, konfrans “Azərbaycan Gəncliyi Dövlət Proqramına” müvafiq olaraq keçirilir.

Almaniyaya səfəri çərçivəsində nazir noyabrın 29-da Berlin şəhərində yerləşən Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının açılması münasibəti ilə “Azərbaycan Elm və Mədəniyyət Həftəsi” tədbirlərinə qatılacaq, Alman-Azərbaycan əlaqələrinin inkişafında gənclərin rolu mövzusunda keçiriləcək müzakirələrdə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR