Bank Of Baku

Azərbaycan və İspaniya arasında ilk Memorandum imzalanıb - FOTO

Azərbaycan və İspaniya arasında ilk Memorandum imzalanıb - <font color=red>FOTO</font>
# 29 noyabr 2010 13:49 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avropa Dünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsində keçən görüş zamanı iki ölkə arasında idman sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Müzakirələrin yekunu olaraq Azərbaycan GİN və İspaniya Krallığının Ali İdman Şurası arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumda idman qurğularının layihələşdirilməsi və inşası sahəsində əldə olunmuş təcrübəyə dair məlumatların mübadiləsinin təmin edilməsi, idmana aid elm və texnologiya sahəsində təcrübə mübadiləsinin aparılması, əlillər üçün idmanın dəstəklənməsi və təşviq olunması üzrə birgə proqramların işlənib hazırlanması, uşaq idmanının inkişafı, dopinqə qarşı mübarizə sahəsində əməkdaşlıq və s. əksini tapmışdır.

Səfər çərçivəsində Azad Rəhimov Madrid Elit İdmançıların hazırlığı Mərkəzinə, Dövlət Antidopinq Mərkəzinin Dopinq Nəzarəti Laboratoriyasında da olub, həmin mərkəzlərin işi barədə geniş məlumat əldə edib. Nümayəndə heyəti üçün Madridin “Real” klubunun stadionuna tanışlıq səfəri təşkil edilib.

GİN-dən o da bildirilib ki, bu, Azərbaycan hökuməti nümayəndəsinin İspaniya Krallığına ilk rəsmi səfəridir.

Bununla yanaşı, Azad Rəhimov və Xayme Lissavetzki arasında idman sahəsində əməkdaşlığa dair imzalanmış Memorandum iki ölkə arasında ilk rəsmi sənəddir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR