Bank Of Baku

Azad Rəhimov: “Yaxın bir ay ərzində Azərbaycanda mərc oyunlarının keçirilməsinə başlanması nəzərdə tutulur”

Azad Rəhimov: “Yaxın bir ay ərzində Azərbaycanda mərc oyunlarının keçirilməsinə başlanması nəzərdə tutulur”
# 14 dekabr 2010 10:10 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, bu prosesin icrasına başlamaq üçün sərəncam gözləyirlər.
A. Rəhimov prosesin bir az yubandığını da deyib: “Azərbaycanda mərc oyunların keçirilməsi qadağan idi. Bununla bağlı qanunda dəyişiklik edildi. Nazirlər Kabinetinin sərəncamı oldu. Amma bu, bir günlük proses deyil. Bununla belə, biz əlimizdən gələni edirik”.

Nazir bildirib ki, mərc oyunları vergiyə cəlb olunmalıdır, amma udan şəxs vergidən azad edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR