Bank Of Baku

Azərbaycanda Prezident Kuboku uğrunda çövkən milli oyunu keçiriləcək

Azərbaycanda Prezident Kuboku uğrunda çövkən milli oyunu keçiriləcək
# 17 dekabr 2010 15:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 18-dən 22-dək Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə ənənəvi olaraq hər il keçirilən bu tədbir milli oyunların qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, atçılıq turizminin təbliği və inkişafı, habelə gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi daşıyır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat ximdətindən APA-ya verilən məlumata görə, dekabrın 19-da Atçılıq Turizm Mərkəzində oyunların rəsmi açılış mərasimi olacaq. Artıq beşinci dəfə keçiriləcək bu oyunlarda 16 komandanın iştirakı gözlənilir. Komandalar həmçinin sür-papaq, papaq və atüstü güləş oyunları üzrə qüvvələrini sınayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR